Bank Of Baku

BDU-da Yunus Emre Türk Mədəniyyət Mərkəzi yaradılacaq

BDU-da Yunus Emre Türk Mədəniyyət Mərkəzi yaradılacaq
# 13 sentyabr 2012 11:47 (UTC +04:00)
Bakı-APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Yunus Emre İnstitutunun türkologiya üzrə koordinatoru Yasin Tunçu qəbul edib. BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, rektor BDU-nun yaranma tarixindən, inkişaf mərhələlərindən, beynəlxalq əlaqələrindən və bir çox universitet assosiasiyalarına üzvlüyündən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrindən danışıb. Yasin Tunç təmsil etdiyi Yunus Emre İnstitutu barədə məlumat verib, BDU ilə əməkdaşlıqda
maraqlı olduqlarını bildirib.

Qeyd olunub ki, Qəbələdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası başa çatandan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub, o cümlədən “Bakı Dövlət Universiteti və Yunus Əmrə İnstitutu arasında “Türkologiya layihəsi” üzrə Əməkdaşlıq Protokolu” imzalanıb.

Yasin Tunç Yunus Emre İnstitutunun dünyanın 24 şəhərində türk dilinin və mədəniyyətinin öyrənilməsi və araşdırmasına xidmət edən Yunus Emre Türk Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi barədə məlumat verərək, belə bir mərkəzin BDU-da da yaradılması məsələsinə toxunub.
Rektor Abel Məhərrəmov BDU-da belə Mərkəzlərin fəaliyyət göstərdiyini qeyd edərək, Yunus Emre Türk Mədəniyyət Mərkəzinin BDU-da yaradılmasını türk dilinin və mədəniyyətinin öyrənilməsi və təbliği üçün önəmli addım olduğunu vurğulayıb.

Qonaq BDU-nun Şərqşünaslıq fakültəsində, laboratoriya və elmi mərkəzlərində olub, xoş təəssüratla ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR