Bank Of Baku

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin illik baş konfransında Azərbaycanla bağlı hesabat təqdim ediləcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin illik baş konfransında Azərbaycanla bağlı hesabat təqdim ediləcək
# 13 sentyabr 2012 13:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sentyabrın 17-18-də Vyanada (Avstriya) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin illik baş konfransı keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. O bildirib ki, konfransda son bir il ərzində Azərbaycanda nüvə və radiasiya təhlükəsizliyi sahəsində görülən işlər, Azərbaycanın beynəlxalq agentliklə əlaqələrinə dair hesabat təqdim ediləcək.

A. Qəribov deyib ki, radiasiya və nüvə təhlükəsizliyi sahəsində son ilin əsas uğuru Abşeron yarımadasında yod zavodlarının ərazisinin təmizlənməsidir: “Bunu Fövqəladə Hallar Nazirliyi həyata keçirib. Ramana və Suraxanı yod zavodlarının ərazisi yüksək texnoloji əsaslarla və beynəlxalq agentliyin iştirakı ilə artıq təmizlənib. Bu, bizim bu il hesabat verməyimiz üçün ən əsas nailiyyətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR