Bank Of Baku

Azərbaycanda rezidenturaya ixtisas seçimi başa çatıb

Azərbaycanda rezidenturaya ixtisas seçimi başa çatıb
# 14 sentyabr 2012 06:50 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ixtisas seçimi internet vasitəsilə sentyabrın 11-i saat 9.00-dan bu gün saat 9.00-dək aparılıb.

Bu müddətdə ixtisas seçimi etməyən namizədlər müsabiqədə iştirak hüququnu itiriblər.

İxtisas seçimində iştirak etmək üçün qoyulan minimal tələblər (müsabiqə şərtləri) müalicə işi, pediatriya istiqamətinə aid olan ixtisaslar üçün baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal; stomatologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal; tibbi biologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal; tibbi profilaktika istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal müəyyən edilib.

Qeyd edək ki, rezidenturaya sentyabrın 8-9-da keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, namizədlərdən ümumilikdə 835 nəfəri ixtisas seçimində iştirak etmək hüququ qazanıb.

Rezidenturaya qəbulun nəticələri bu gün elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR