Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri Niderland baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın fövqəladə hallar naziri Niderland baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
# 14 sentyabr 2012 08:49 (UTC +04:00)
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazir respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib, həmçinin, hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının çevik şəkildə alınması və nəticələrinin birgə aradan qaldırılması üçün FHN-in Niderlandın müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu qonağın diqqətinə çatdırıb.

Görüş zamanı Azərbaycanda suların idarə olunması ilə əlaqədar görülmüş işlər və bu sahənin inkişaf etdirilməsi məqsədilə Niderlandın bir sıra qabaqcıl şirkətləri ilə əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdirildiyi qeyd edilib.

Öz növbəsində, M. Verhagen ölkələr arasında fövqəladə halların idarə olunması üzrə məsul qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR