Bank Of Baku

Gələn il orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsi qaydalarına dair layihə Nazirlər Kabinetinə təqdim edilib

Gələn il orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsi qaydalarına dair layihə Nazirlər Kabinetinə təqdim edilib
# 14 sentyabr 2012 09:02 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda Nazirlər Kabineti bu layihələr üzərində işləyir: “Layihə Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra qaydalar ictimaiyyətə açıqlanacaq”.

M. Abbaszadə deyib ki, bu ilki buraxılış imtahanlarının keçirilməsi qaydaları müvəqqəti xarakter daşıyıb. Həmin qaydalar ölkə prezidentinin verdiyi fərmana uyğun olaraq bu il TQDK tərəfindən təsdiqlənib: “Amma orta məktəblərdə qiymətləndirmə ilə bağlı gələcək qaydaların təsdiqi Nazirlər Kabinetinə həvalə edilib. Yeni qaydalar təsdiq edildikdən sonra gələn il IX və XI siniflər üçün buraxılış imtahanlarının hansı formada keçiriləcəyi elan ediləcək. Ümid edirəm ki, oktyabrda bu qaydalar təsdiqlənəcək”.

Buraxılış imtahanlarında fənlərin sayının artıb-artmayacağına gəlincə, TQDK sədri deyib ki, bununla bağlı hələlik dəqiq bir söz demək mümkün deyil: “Çünki buraxılış imtahanlarının nəticələri təhlil edilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR