Bank Of Baku

Bakıda üç musiqi məktəbinin əsaslı təmir-bərpadan sonra açılışı olacaq

Bakıda üç musiqi məktəbinin əsaslı təmir-bərpadan sonra açılışı olacaq
# 14 sentyabr 2012 10:20 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. 15 sentyabr – Bilik Günü ilə əlaqədar üç musiqi məktəbinin bərpadan sonra açılışı olacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yeni dərs ilinin başlaması münasibətilə Bakı şəhərindəki G. Şaroyev adına 35 nömrəli Musiqi Məktəbinin, 28 nömrəli Uşaq Musiqi Məktəbinin və 5 nömrəli Uşaq İncəsənət Məktəbinin binasının əsaslı təmir-bərpadan sonra açılışları keçiriləcək.

Eyni zamanda sentyabrın 15-də Azərbaycan Turizm İnstitutunda yeni tədris ilinin başlanması ilə əlaqədar təntənəli mərasimin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR