Bank Of Baku

Rezidenturaya daxil olanların qeydiyyatına sentyabrın 17-dən başlanacaq

Rezidenturaya daxil olanların qeydiyyatına sentyabrın 17-dən başlanacaq
# 14 sentyabr 2012 14:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda 2012-2013-cü il üçün rezidenturaya daxil olanların qeydiyyatına sentyabrın 17-dən başlanacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən sentyabrın 21-dək Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Hərbi tibb fakültəsinin rezidenturasına qəbul olanlar göstərilən müddətdə Müdafiə Nazirliyində, Naxçıvan Dövlət Universitetinin rezidenturasına qəbul olanlar isə göstərilən müddətdə həmin universitetin tibb fakültəsində qeydiyyatdan keçməlidirlər.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR