Bank Of Baku

Mədət Quliyev: “Azərbaycanda 11 mindən çox məhkum qabaqcıl DOTS strategiyası üzrə müalicə olunub”

Mədət Quliyev: “Azərbaycanda 11 mindən çox məhkum qabaqcıl DOTS strategiyası üzrə müalicə olunub”
# 14 sentyabr 2012 15:32 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev Azərbaycanda rəsmi səfərdə olan Filippin daxili işlər nazirinin müavini, Məhkumların və Cəzaların İdarəedilməsi Bürosunun baş rəhbəri Mamaril Dioni Dakanayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Mədət Quliyev beynəlxalq əməkdaşlıq sahəsində müsbət dəyişikliklərin əldə olunduğunu bildirib: “Avropa Şurası, ATƏT, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər mötəbər beynəlxalq qurumların nümayəndələri mütəmadi olaraq penitensiar müəssisələrdə və istintaq təcridxanalarında monitorinqlər keçirir, cəza çəkənlərin saxlanma şəraiti ilə yaxından tanış olur, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün müvafiq tövsiyələr təqdim edirlər”.

M. Quliyev 11 mindən çox məhkumun qabaqcıl DOTS strategiyası üzrə müalicə olunduğunu da bildirib: “BQXK ilə sıx əməkdaşlıq nəticəsində vərəmli məhkumlar üçün xüsusi ixtisaslaşdırılmış müalicə müəssisəsi və ən müasir avadanlıqla təchiz olunan laboratoriya yaradılıb, 11 mindən çox məhkum qabaqcıl DOTS strategiyası üzrə müalicə olunub. 2007-ci ildən ölkəmizdə ilk dəfə olaraq vərəmin çox ağır və ən təhlükəli forması olan "multirezistent" xəstə məhkumların DOTS-plus müalicəsinə başlanılaraq, dünyada çox yüksək göstərici - 72% uğurlu nəticə əldə edilib”.

Görüşdən sonra qonaqlar Bakı İstintaq Təcridxanasına baş çəkiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR