Bank Of Baku

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Məhəmməd peyğəmbər haqqında çəkilmiş filmi pisləyir - FOTO

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Məhəmməd peyğəmbər haqqında çəkilmiş filmi pisləyir - <font color=red>FOTO</font>
# 14 sentyabr 2012 15:35 (UTC +04:00)
Bakı-APA. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) bu yaxınlarda ABŞ-da Məhəmməd peyğəmbər haqda çəkilmiş, müsəlmanların dini hisslərinə və qüruruna toxunan filmin yayımlanmasına qarşı bəyanatla çıxış ediblər.

İKGF-dən APA-ta verilən məlumata görə, bəyanatda bildirilir ki, dini nifrət zəminində çəkilmiş bu film anti-islamçı qüvvələrin İslamı təhqir etməyə yönəlmiş növbəti provokasiyadır: “İslam Əməkdaşlıq Təşkilatı ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarını özündə birləşdirən İKGF dünya müsəlmanlarını bu tipli provokasiyalara uymamağa və başqa din nümayəndələrinə qarşı tolerant münasibət göstərməyə çağırır. Eyni zamanda bu filmin çəkilməsini, yayımlanmasını qəti surətdə pisləyir və filmin yaradıcılarının qanunla məsuliyyətə cəlb olunmasının zərurətini qeyd edir”.

İKGF eyni zamanda ABŞ-ın Liviyadakı səfiri və üç amerikalı diplomatın qətlindən təəssüfləndiyini bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR