Bank Of Baku

Rusiya paytaxtında Azərbaycandan gələn ziyalılarla görüş keçirilib

Rusiya paytaxtında Azərbaycandan gələn ziyalılarla görüş keçirilib
# 14 sentyabr 2012 16:30 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında Azərbaycandan gələn ziyalılar ilə görüş keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ”Bakı” restoranında keçirilən görüş Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) tərəfindən təşkil olunub.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı Rusiya paytaxtında səfərdə olan Azərbaycan ziyalılarından ibarət olan nümayəndə heyətinə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar başçılıq edib.

ÜAK baş katibi Mikayıl Hüseynov Azərbaycandan gələn ziyalıları Moskvada görməkdən məmnun olduqlarını bildirib.

ÜAK-ın Azərbaycan və Rusiya mədəniyyət əlaqələri arasında körpü rolunu oynadığını söyləyən yazıçı Anar ziyalılarla görüşə görə Mikayıl Hüseynova təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR