Bank Of Baku

MSK-nın monitorinq qrupları 26 DSK-da yoxlamalara başlayıb

MSK-nın monitorinq qrupları 26 DSK-da yoxlamalara başlayıb
# 21 dekabr 2006 09:30 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı, həmçinin məcburi köçkün rayonlarının sözügedən ərazilərdə yerləşən dairə seçki komissiyalarında monitorinqləri başa çatdırdıqdan sonra digər DSK-larda da analoji monitorinqlərə başlayıb. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat verilib. Dekabrın 19-dan MSK-nın monitorinq qrupları 26 DSK-da yoxlamalar aparmağa başlayıb. Monitorinqlər Balakən, Zaqatala, Şəki, Saatlı, Sabirabad, Kürdəmir, Cəlilabad, Masallı, Biləsuvar, Astara və Lerik rayonlarının, Gəncə və Lənkəran şəhərlərinin ərazindəki dairə seçki komissiyalarında aparılır. DSK-ların yerləşdiyi binaların vəziyyətindən tutmuş, dairə və məntəqə seçki komissiyalarının əməkhaqqı cədvəlinə baxış keçirilməsinə qədər, geniş miqyaslı monitorinqlər həyata keçirilir. DSK-ların maddi-texniki təchizatı, seçici siyahılarına düşməmiş vətəndaşlar barədə məlumatların dəqiqləşdirilməsi, bir sıra seçki prosedurlarının həyata keçirilməsi zamanı sənədləşmə işi, hüquqi-normativ aktlarla təminat, vətəndaşların müraciətlərinin qeydiyyatı, onlara baxılması, həll edilməsi və s. məsələlərlə bağlı vəziyyət ciddi araşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR