Bank Of Baku

Fransada yaşayan türklər və azərbaycanlılar Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası keçirəcək

Fransada yaşayan türklər və azərbaycanlılar Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası keçirəcək
# 25 dekabr 2006 14:17 (UTC +04:00)
Avropa-Azərbaycan Strateji Araşdırmalar Mərkəzi (AASAM) gələn il fevralın 25-də Fransada Xocalı soyqırımı ilə əlaqədar bu ölkədə yaşayan türklərin və azərbaycanlıların iştirakı ilə etiraz aksiyası keçirməyi planlaşdırır. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə AASAM sədri Başar Kömür məlumat verib. Aksiya iştirakçıları həmçinin Avropa Şurasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım, Azərbaycan ərazilərinin işğalı ilə bağlı məsələni qaldıracaq və buna qiymət verilməsini tələb edəcəklər.
B.Kömür onu da əlavə edib ki, aprelin 1-də AASAM-ın təşəbbüsü ilə Almaniyanın Frankfurt şəhərində Avropada ilk dəfə olaraq geniş şəkildə Novruz bayramı qeyd olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR