Bank Of Baku

Bakıda səfərdə olan Avropa-Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin sədri Başar Kömür mətbuat konfransı keçirib

Bakıda səfərdə olan Avropa-Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin sədri Başar Kömür mətbuat konfransı keçirib
# 25 dekabr 2006 14:28 (UTC +04:00)
Bu gün Bakıda səfərdə olan Avropa-Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (AASAM) sədri Başar Kömür, Avropa Azərbaycanlıları Konqresi Mərkəzi Şurasının üzvləri Nevzan Güngör və Bürhan Avçı, Türkiyə-Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Tarqan Ekiz və onun müavini Raqib Torun birgə mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, çıxış edən AASAM sədri B.Kömür bildirib ki, rəhbərlik etdiyi qurum Avropa ictimaiyyətini Azərbaycan haqqında zəruri informasiyalarla təmin etməyi, habelə müasir vasitələrdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri Avropa ölkələrinə çatdırmağı qarşısına məqsəd qoyub. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycanın Avropaya inteqrasiya siyasətinə dəstək verməkdir: “Artıq Azərbaycanın tarixi, mədəniyyəti Avropa ictimaiyyətinə tanışdır. Amma bunu daha yuxarı dairələrə çatdırmaq, onların fikirlərini dəyişmək lazımdır. Bu gün Azərbaycan məsələsinə qiymət verməyə avropalılar “yanar odu ələ götürmək” kimi yanaşırlar”.
B.Kömür mərkəzin öz fəaliyyətini Azərbaycan və Türkiyə diasporu ilə koordinasiya edilmiş şəkildə quracağını da vurğulayıb. Mərkəz Avropa ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması, birliyin təmin olunması istiqamətində də Azərbaycan icmalarına köməklik göstərəcək. AASAM-ın nəzdində ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən bölmələr qurulacaq.
Türkiyə-Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri T.Ekiz isə bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycan və Türkiyə arasında əlaqələrin genişlənməsi istiqamətində fəaliyyət göstərəcək, əməkdaşlığın dərinləşməsinə çalışacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR