Bank Of Baku

Vergilər Nazirliyi “Layiqli iş yeri - təhlükəsiz əmək” baxış müsabiqəsində qalib gəlib

Vergilər Nazirliyi “Layiqli iş yeri - təhlükəsiz əmək” baxış müsabiqəsində qalib gəlib
# 12 yanvar 2007 16:13 (UTC +04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə keçirdiyi “Layiqli iş yeri - təhlükəsiz əmək” baxış müsabiqəsində Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti, həmçinin 3, 10, 12 və 14 saylı Ərazi Vergi İdarələri 1-ci yerə, 4, 6, 11 və 13 saylı Ərazi Vergi İdarələri isə 2-ci yerə layiq görülüb. Bu barədə APA-ya Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Dövlət idarələri və ictimai xidmət işçiləri həmkarlar ittifaqlarının Respublika Komitəsi Bakı şəhəri Vergilər Departamentinə mükafatı təqdim edib. Bu məqsədlə keçirilən tədbirdə çıxış edən Dövlət idarələri və ictimai xidmət işçiləri həmkarlar ittifaqlarının Respublika Komitəsinin sədri Hikmət Osmanov müsabiqənin başlıca məqsədinin insanların əmək şəraiti ilə maraqlanmaq, onlara normal iş şəraiti yaratmaq və sosial vəziyyətlərinin yaxşılaşdırılması olduğunu qeyd edib və bu günə qədər rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi tədbirlərdən danışıb.
Sonra baxış müsabiqəsinin diplomu Bakı şəhəri Vergilər Departamentinin rəisi Tariyel Quliyevə təqdim edilib. Tədbirdə Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Məmməd Məmmədov da çıxış edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR