Naxçıvanda 123 müəssisədə 282 hüquq pozuntusu aşkarlanıb
A.Cəfərov bildirib ki, 2005-ci ildə daxil olan şikayət ərizələrinin əksəriyyəti vətəndaşların işə çıxdığı zaman onların işlədiyi müddət ərzində əvvəlki dövrlərdə əsas əmək məzuniyyətlərinin verilməməsi və bü məzuniyyətlərin pulla əvəzlənməsi ilə bağlı olub. Ötən il isə bu növ ərizələrin sayı cəmi 1 ədəd olub: “Ərizələrin azalmasının başlıca səbəbi müfəttişliyin əməkdaşları tərəfindən müəssisə və təşkilatlarda hüquqi, həmçinin də fiziki şəxslər arasında mütəmadi olaraq maarifləndirmə tədbirlərinin aparılmasıdır”.
Bundan başqa, ötən il NMR-nin idarəetmə orqanlarından, müəssisə və təşkilatlarından daxil olmuş 215 məktub da araşdırılaraq cavablandırılıb. Ötən müddət ərzində müəssisə və təşkilatlar tərəfindən vətəndaşlara vəsaitin vaxtında ödənilməməsi hallarına isə ümumiyyətlə rast gəlinməyib.
Qeyd edək ki, 2005-ci ildə müfəttişliyə daxil olan şikayət ərizələri əsasında vətəndaşlara 12 mln. 362 min 497 AZM ödənilib. Bunun 10 mln. 479 min 998 AZM-i əmək haqqı, 575 min manatı dəymiş zərərə görə ödənişlər, 1 mln. 307 min 499 AZM-i sosial müavinətlər təşkil edib. Ötən il isə müfəttişliyə belə şikayət ərizələri daxil olmadığından bu cür ödənişlər aparılmayıb. Həmçinin, 2006-cı ildə 22 halda yerli vergi orqanlarından daxil olmuş protokollar əsasında işəgötürənlərin inzibati məsuliyyətə cəlb olunması üçün qərar verilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, həmin obyektlərə ümumilikdə 1980 AZN cərimə tətbiq edilib. Cərimənin 1273 AZN-i dövlət büdcəsinə ödənilib, 707 manatın ödənilməsi isə nəzarətdə saxlanılıb. Son iki ildə muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrində 5 bədbəxt hadisə baş verib ki, onlardan 4-ü 2005-ci ildə, 1-i isə 2006-cı ildə qeydə alınıb. Təhqiqat nəticəsində 2005-ci ildə baş verən bədbəxt hadisələr zamanı 3 müəssisə qismən təqsirkar bilinib. Digər bir hadisə istehsalat qəzası ilə bağlı olmayıb. Ötən il 1 nəfərin ölümü ilə nəticələnmiş bədbəxt hadisəyə səbəb isə həlak olmuş vətəndaşın işlədiyi müəssisədə əmək və icra intizamının aşağı səviyyədə olmasıdır. Ümumiyyətlə, son iki ildə muxtar respublikanın sənaye məssisələrində baş vermiş qəzalar nəticəsində 4 nəfər dünyasını dəyişib. Bədbəxt hadisələrin idarə və müəssisələr tərəfindən gizlədilməsi hallarına isə rast gəlinməyib. Qeyd edək ki, Əmək Məcəlləsinin və əmək sahəsində digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək məqsədilə 2006-cı ildə regiondakı 123 müəssisədə kompleks araşdırmalar aparılıb. Nəticədə, 118-i dövlət, 5-i isə özəl olan bu müəssisələrdə ümumilikdə 282 halda hüquq pozuntusu aşkarlanıb və onların aradan qaldırılması təmin edilib. Həmçinin, ötən il regionda fəalyyət göstərən idarə və müəssisələrdə, xüsusən də ticarət və iaşə obyektlərində aparılan yoxlamalar zamanı 126 halda gizlədilmiş iş yerləri aşkar edilib. Bu zaman müfəttişliyin vəzifəli şəxsləri tərəfindən metodiki köməklik göstərilərək nümunəvi formada əmək müqavilələri bağlanıb. Bununla yanaşı, ötən il 65-i hüquqi, 269-u fiziki şəxs olmaqla 334 sahibkarlıq subyektində araşdırma aparılıb. Araşdırmalar zamanı 133 halda vətəndaşların əmək haqlarının minimum məbləğinin artırılmasına nail olunub. /APA/
Sosial
Macarıstanın Baş naziri: Ukraynanın Aİ-yə üzvlük prosesi uzun və mürəkkəb olacaq
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb - FOTO
Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı sosial xidmət müəssisəsinə yerləşdirilib
Xəbər Lenti
Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
ABŞ və İran rəsmiləri razılaşmanı virtual imzalanmağa hazırlaşır
Rusiyanın Oryol şəhərinə dron hücumu olub, bir nəfər ölüb, doqquz nəfər yaralanıb
Böyük Britaniya Rusiyanın neft tankerini saxlayıb
Ağdamda ildırım düşməsi nəticəsində mağaza və mebel sexində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
Daşkəsəndə sel suları yol çökməsinə səbəb olub - FOTOLENT
DİM Tovuzda qabiliyyət imtahanında iştirak etməli olan abituriyentlərə müraciət edib
İsrail ordusu Livanın Məcdal Zoun bölgəsinə dronlarla hücum edib
Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı"
Mədəniyyət Nazirliyi Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
KİV: Rusiya Ukraynadakı müharibədə ciddi kadr çatışmazlığı ilə üzləşib
DÇ: Türkiyə çempionata məğlubiyyətlə başlayıb - YENİLƏNİB
Moskvaya doğru hərəkət edən dörd PUA vurulub
Ukrayna dronları Rusiyanın ən böyük kimya zavodlarından birini vurub
ABŞ və İran razılaşması bu gün imzalana bilər
Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Qrossi: AEBA ABŞ-İran razılaşmasının icrasına nəzarətdə vasitəçi olmağa hazırdır
Türkiyə millisinin oyununu izləmək üçün minlərlə azarkeş küçələrə toplaşıb - FOTO
DÇ-2026: Şotlandiya Haiti üzərində minimal hesablı qələbə qazanıb
ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb
FT: Konqodakı Ebola epidemiyası gələcək qlobal pandemiyanın məşqi ola bilər
NYT: ABŞ-ın bəzi ştatlarında separatçı meyllər güclənir
Klopp: Dünya çempionatındakı su fasilələri sponsorlar üçündür
DÇ-2026: Braziliya Mərakeşlə heç-heçə edib
Macarıstanın Baş naziri: Ukraynanın Aİ-yə üzvlük prosesi uzun və mürəkkəb olacaq
ABŞ-ın Cənubi Karolina ştatında ticarət mərkəzində atışma olub
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
Haitidə Müdafiə Nazirliyinin aparat rəhbəri oğurlanıb
DÇ-2026: Qətər İsveçrə ilə heç-heçə edib
Axios: ABŞ və İran iyunun 14-də virtual formatda memorandum imzalayacaq
ABŞ və İran nümayəndələri gələn həftə İsveçrədə görüşə bilər
Meksikada şəhər meri güllələnərək öldürülüb
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb
Ukrayna XİN bioloji silah hazırlanması iddialarını təkzib edib
Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib
Tramp Parisdə Makronla görüşəcək
Tovuzda yol qəzası ölümlə nəticələnib - FOTO
Almaniyada II Dünya müharibəsindən qalmış "StuG III" özüyeriyən artilleriya qurğusu tapılıb
Azərbaycan millisi Çövkən üzrə dünya çempionu olub - FOTO
Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Moskvada güclü leysan yağışları fəsadlar törədib - VİDEO
AZAL Naxçıvan reyslərində gecikmələrin səbəbini açıqlayıb
KİV: ABŞ-İran sazişi Netanyahu üçün strateji zərbə ola bilər
Tramp: İranla saziş sabah imzalanacaq, Hörmüz boğazı dərhal açılacaq
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
Starmer NATO sammitinə qədər Britaniyanın müdafiə xərcləri planını açıqlayacaq
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb - FOTO