Azərbaycan Beynəlxalq Sosial Təminat Assosiasiyasına Bakıda Regional Tədris Mərkəzinin yaradılması təklifi ilə müraciət edib
17 yanvar 2007 10:29 (UTC +04:00)
Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu Beynəlxalq Sosial Təminat Assosiasiyasına (BSTA) bu təşkilatın dəstəyi ilə Bakıda Regional Tədris Mərkəzinin yaradılması təklifi ilə müraciət edib. APA-nın məlumatına görə, bunu BSTA-nın prezidenti Korazon de la Pazla görüşündə DSMF sədri Səlim Müslümov deyib. K.de la Paz isə jurnalistlərə açıqlamasında bildirib ki, Bakıda Regional Tədris Mərkəzinin yaradılması vacibdir və bu, assosiasiyanın təcrübəsində var: “Mən assosiasiyanın baş katibinə bu məsələ ilə məşğul olmağı tapşıracam”.
K.de la Paz həmçinin vurğulayıb ki, Azərbaycan postsovet respublikaları arasında onun Rusiyadan sonra səfər etdiyi ikinci ölkədir: “Səfərimin məqsədi Azərbaycanda sosial sığorta sahəsində görülən işlərlə tanış olmaqdır. Görüşlərimdə əsasən bu məsələ müzakirə ediləcək. Mən Azərbaycanın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirirəm”. /APA/

Sosial
Mayın 5-də keçirilən buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb
11:49
6 may 2024
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub
11:16
6 may 2024
Qəbul imtahanında iştirak üçün qeydiyyat bu gün başa çatacaq
10:18
6 may 2024
Naxçıvanda musiqi, incəsənət məktəblərinə işə qəbul elan edilib
09:43
6 may 2024