Beynəlxalq Sosial Təminat Assosiasiyası üzv ölkələr arasında əmək miqrantlarının sosial sığortaya cəlb edilməsi üçün tədbirlər hazırlayır
17 yanvar 2007 11:44 (UTC +04:00)
Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) bu quruma üzv ölkələr arasında əmək miqrantlarının sosial sığortaya cəlb edilməsi üçün tədbirlər hazırlayır. APA-nın məlumatına görə, bunu dekabrın 17-də jurnalistlərə Bakıda səfərdə olan assosiasiyanın prezidenti Korazon de la Paz bildirib: “Məsələ BSTA-nın gündəliyinə salınıb və biz buna böyük diqqət yetiririk. Artıq Fars körfəzi ölkələri bir birinin vətəndaşlarının sosial sığortaya cəlbi və sosial sığorta xidmətinin göstərilməsi üçün razılığa gəlib. Digər regionlar üzrə də belə razılıqların əldə olunması üzərində işləyirik”.
Xatırladaq ki, BSTA 1927-ci ildə yaradılıb və hazırda assosiasiyaya 150 dövlətin 350 təşkilat üzv olub. Azərbaycan BSTA-ya 2004-cü ilin may ayında tamhüquqlu üzv qəbul edilib. /APA/
Xatırladaq ki, BSTA 1927-ci ildə yaradılıb və hazırda assosiasiyaya 150 dövlətin 350 təşkilat üzv olub. Azərbaycan BSTA-ya 2004-cü ilin may ayında tamhüquqlu üzv qəbul edilib. /APA/
Sosial
Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
18:30
8 may 2024
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirilib
17:29
8 may 2024
FHN tərəfindən Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
16:40
8 may 2024
Zaqatalada baş verən zəhərlənmənin səbəbi məlum olub
16:33
8 may 2024