Bank Of Baku

Ötən il Azərbaycanda əhalinin gəlirlərinin nominal həcmi 23,4% artıb

Ötən il Azərbaycanda əhalinin gəlirlərinin nominal həcmi 23,4% artıb
# 18 yanvar 2007 14:45 (UTC +04:00)
Ötən il Azərbaycanda əhalinin gəlirlərinin nominal həcmi 9,9 mlrd. manata çataraq əvvəlki ilin eyni dövrünə nisbətən 23,4% və ya 1,9 mlrd. manat artıb. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkə əhalisinin hər nəfərinə düşən gəlir 22% artaraq 1 189,5 manat və ya 1 331,4 ABŞ dolları təşkil edib. Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 8,8 mlrd. manat gəlir qalıb və 2005-ci ildəkinə nisbətən 24,1% artıb. Gəlirlərin 68,9%-i son istehlak xərclərinə, 11,6%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 19,5%-i isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR