Bank Of Baku

Folklorçu alimlər Novruz bayramını törəniş bayramı kimi qeyd ediblər

Folklorçu alimlər Novruz bayramını törəniş bayramı kimi qeyd ediblər
# 19 mart 2007 10:46 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Novruz bayramına həsr olunmuş elmi sessiya keçirilib. Bu barədə APA-ya AMEA-nın Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov məlumat verib. Sessiya filologiya elmləri doktoru Hüseyn İsmayılovun “Novruz - bəşəriyyətin törəniş bayramı” məruzəsi ilə açılıb. Sonra sənətşünaslıq elmləri doktoru Rafiq İmraninin “Musiqi folklorumuzda Novruz”, filologiya elmləri doktoru Kamil Allahyarovun “Novruz əski türk qaynaqlarında” mövzusunda məruzələri dinlənilib. Məruzələrdən sonra çıxışlara yer ayrılıb. Çıxışlarda bir daha Novruz bayramının qeyd olunma tarixinin bəşəriyyətin ən qədim vaxtlarından başlaması, bu bayramın əski törəniş insanın yaranışı ilə bağlı olması, Novruz mərasimlərinin yalnız türklərin tarixində qorunub yaşaması faktları bir daha elmi dəlillərlə təsdiqlənib. Sessiyadan sonra Folklor İnstitutunda bayram şənliyi keçirilib. Qeyd edək ki, elmi sessiyanın materialları institutun “Dədə Qorqud” dərgisində çap edilərək daha geniş auditoriyaya təqdim ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR