Mingəçevirdə talassemiyalı uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirilib

Mingəçevirdə talassemiyalı uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirilib
# 06 aprel 2007 14:57 (UTC +04:00)
Heydər Əliyev Fondu və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Mingəçevirdə talassemiyalı uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Mingəçevir mərkəzi məscidində səyyar həkim qrupuna müraciət edən vətəndaşlar arasında 100 nəfərdən çoxunun qanı münasib bilinib və onlar donor kimi qəbul olunub. Mingəçevir Şəhər İcra Hakimiyyətindən bildirilib ki, gələcəkdə bu cür aksiyalar davam etdiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR