Bank Of Baku

Aşkar olunmuş kütləvi məzarlıqda araşdırma aparmaq üçün elmi ekspedisiya bu gün Neftçalaya gedəcək

Aşkar olunmuş kütləvi məzarlıqda araşdırma aparmaq üçün elmi ekspedisiya bu gün Neftçalaya gedəcək
# 12 aprel 2007 14:04 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi ekspedisiyası bu gün Neftçalaya yola düşəcək. Bu barədə APA-ya məlumat verən institutun direktoru Maisə Rəhimova bildirib ki, elmi ekspedisiya sabah Neftçala ərazisində aşkar olunan kütləvi məzarlığa baxış keçirəcək. Ekspedisiyaya tarix elmləri namizədi Bəhlul İbrahimov və elmi işçi Rəşid Bəşirov daxildir.
Qeyd edək ki, Neftçala ərazisində kütləvi məzarlıq aşkarlanıb. Burada basdırılan insanların ermənilərin 1918-ci ildə törətdikləri soyqırımının qurbanları olduqları güman edilir. Hadisə yerinə gedən elmi ekspedisiya isə bu məzarlığın arxeoloji abidə olub-olmaması, ölüm aktının nə vaxt baş verməsi, məzarlığın tarixi və s. məsələlərə aydınlıq gətirəcək. Daha bir kütləvi məzarlıq isə bu günlərdə Qubada aşkar edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR