Bank Of Baku

Almaniyanın nüfuzlu turizm şirkətlərinin nümayəndə heyəti Şəkidə olub

Almaniyanın nüfuzlu turizm şirkətlərinin nümayəndə heyəti Şəkidə olub
# 20 aprel 2007 14:49 (UTC +04:00)
Almaniyanın nüfuzlu turizm şirkətlərinin 15 nəfərdən ibarət nümayəndə heyəti Şəkidə səfərdə olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Aprelin 19-20-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanın Almaniyadakı səfirliyi ilə birgə layihəsi çərçivəsində Almaniyanın nüfuzlu turizm şirkətlərinin 15 nəfərdən ibarət nümayəndə heyəti rayonda səfərdə olub. Nümayəndə heyətinə nazirliyin daxili turizm şöbəsinin müdiri Mahir Qəhrəmanov rəhbərlik edib. Səfərin məqsədi rayonun turizm imkanları ilə yaxından tanış olmaq olub. Xan sarayına, Karvansaraya, Kiş kəndindəki Alban kilsəsinə baxış keçirən qonaqlar rayonun bir sıra tarixi və mədəni abidələri ilə də yaxından tanış olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR