Bank Of Baku

“Hamı bərabər olduğu halda niyə hər kəs fərqlidir” adlı qərbdən şərqə avtobus turu layihəsi həyata keçirilib

“Hamı bərabər olduğu halda niyə hər kəs fərqlidir” adlı qərbdən şərqə avtobus turu layihəsi həyata keçirilib
# 23 aprel 2007 11:57 (UTC +04:00)
Avropa Gənclər Fondunun dəstəyi ilə Azərbaycanda “Hamı bərabər olduğu halda niyə hər kəs fərqlidir” devizi altında qərbdən şərqə avtobus turu layihəsi həyata keçirilib. APA-nın məlumatına görə, kampaniyanın yekunlarına həsr olunmuş mətbuat konfransında Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia bildirib ki, layihə aprelin 19-dan 22-nə kimi davam edib. Layihə iki komponentdən ibarət olub: qərbdən (Gəncədən) şərgə (Bakıya) doğru avtobusla səyahət və yerli icma, xüsusilə cəmiyyətdən təcrid olunmuş əlverişsiz mühitdə yaşayan gənclərin cəlb olunduğu maarifləndirici görüşlər. Layihənin əsas məqsədi cəmiyyətdən təcrid olunmuş gəncləri sosial sferada fəal iştiraka cəlb etmək və Avropa kampaniyasına dair milli və beynəlxalq səviyyədə reallaşdırılmış layihələr zamanı əldə olunmuş təcrübəni bölüşməkdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR