Bank Of Baku

Gəncə şəhər qaz istismar idarəsinin keçirdiyi reydlər nəticəsində sayğaca müdaxilə ilə bağlı 30 fakt aşkarlanıb

Gəncə şəhər qaz istismar idarəsinin keçirdiyi reydlər nəticəsində sayğaca müdaxilə ilə bağlı 30 fakt aşkarlanıb
# 23 aprel 2007 12:38 (UTC +04:00)
Aprelin 20-dən başlayaraq Gəncə şəhər qaz istismar idarəsi Gəncənin müxtəlif yerlərində reydlər keçirib. Keçirilən reydlər nəticəsində şəhərin Nizami küçəsi və Sadıllı qəsəbəsində qaz sayğaclarına müdaxilə faktları aşkarlanıb. Gəncə şəhər qaz istismar idarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, üç gün davam edən reyd nəticəsində ümumilikdə 30-dan çox müdaxilə faktı qeydə alınıb. Reydlər zamanı 300-dən çox qaz sayğacına baxış keçirilib. Qeyd edək ki, sayğaca müdaxilə edən sakinlərə uyğun normativlərə görə cərimə tətbiq ediləcək. Bundan başqa sakinlər yeni sayğacları öz vəsaitləri hesabına alacaqlar. İdarədən bildiriblər ki, əgər bu ərazilərdə bir daha qaz sayğaclarına müdaxilə faktı aşkarlanarsa, həmin abonentlər barədə tədbir görülmək üçün hüquq-mühafizə orqanlarına müdaxilə ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR