Bank Of Baku

Azərbaycanda Ümumdünya “Qardaşlaşmış şəhərlər günü” həftəliyi elan olunub

Azərbaycanda Ümumdünya  “Qardaşlaşmış şəhərlər günü” həftəliyi elan olunub
# 23 aprel 2007 12:41 (UTC +04:00)
Azərbaycanda Ümumdünya “Qardaşlaşmış şəhərlər günü” həftəliyi elan edilib. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Milli QHT Forumu çərçivəsində fəaliyyət göstərən “Diaspora” Forumunun rəhbəri Rauf Zeyniyev məlumat verib. O bildirib ki, Ümumdünya “Qardaşlaşmış şəhərlər günü” aprelin 29-da qeyd ediləcək. Bu ənənənin əsasının uzun illər əvvəl qoyulduğunu söyləyən R. Zeyniyev son illərdə bu yöndə aktiv fəaliyyət göstərilmədiyini deyib. Onun sözlərinə görə, Azərbaycan şəhərlərinin qardaşlaşma prosesinə qoşulması diasporamızın inkişafına, onların əlaqələrinin genişlənməsinə kömək edə bilər. SSRİ dövründə Azərbaycan şəhərlərinin bir çox dünya şəhəri ilə qardaşlaşması işinə rəhbərlik etmiş mütəxəssis Tofiq Məlikabbasov isə bildirib ki, Bakının 10 şəhərlə, o cümlədən Təbriz, Neapol, Bordo, Bəsrə, Hyustonla qardaşlaşması barədə müqavilə imzalanıb. O, ermənilərin bütün dünyada Azərbaycan əleyhinə təbliğat apardığı bir məqamda Azərbaycan şəhərlərinin yaxşı ənənəni davam etdirməsinin vacibliyini vurğulayıb.
Tədbir iştirakçıları hökumət orqanlarını, QHT-ləri, mətbuatı, ziyalıları həftəlik çərçivəsində fəal olmağa çağırıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR