Bank Of Baku

TACİS proqramının “Azərbaycanda sosial müdafiə sisteminin islahatı” layihəsinin nümayəndə heyəti Ukraynada səfərdə olub

TACİS proqramının “Azərbaycanda sosial müdafiə sisteminin islahatı” layihəsinin nümayəndə heyəti Ukraynada səfərdə olub
# 23 aprel 2007 14:08 (UTC +04:00)
Avropa İttifaqının TACİS proqramının “Azərbaycanda sosial müdafiə sisteminin islahatı” layihəsinin nümayəndə heyəti aprelin 15-dən 22-dək Ukraynada səfərdə olublar. APA-nın məlumatına görə, bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirən layihənin rəhbəri Timo Piirainen deyib ki, proqramın əsas fəaliyyət istiqamətlərindən biri də sosial müdafiə sahəsində çalışan mütəxəssislərin iş təcrübələrinin və bacarıqlarının artırılması məqsədilə sosial müdafiə sisteminə malik olan xarici ölkələrə təlim səfərləri etməkdir. Bu məqsədlə Avropa İttifaqının TACİS proqramının 4 eksperti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) strukturundan 11 nəfərlə birgə Ukraynaya səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Ukraynanın Əmək və Sosial Siyasət Nazirliyi, Kiyev şəhəri Baş Məşğulluq İdarəsi, Kiyev şəhəri Əhalinin Sosial Müdafiəsi Baş İdarəsi, Uman, Jitomir, Mironovska, Nemirov şəhərlərinin əhalinin sosial müdafiəsi mərkəzlərinin rayon şöbələrində, o cümlədən əlil uşaqların reabilitasiyası mərkəzlərində olub, həmkarları ilə fikir mübadiləsi aparıblar.
Layihənin rəhbər müavini Vüqar Həsənov isə bildirib ki, Ukraynanın sosial müdafiə sistemi Azərbaycanın sosial müdafiə sisteminə yaxındır. Onun sözlərinə görə, bu ölkənin ünvanlı sosial yardım, müavinət mexanizmi təcrübəsi Azərbaycan üçün maraq doğurur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR