Bank Of Baku

DB-nin məcburi köçkünlərin inkişafı ilə bağlı missiyası Bakıya gəlib

DB-nin məcburi köçkünlərin inkişafı ilə bağlı missiyası Bakıya gəlib
# 24 aprel 2007 10:42 (UTC +04:00)
Dünya Bankının (DB) “Məcburi köçkünlərin iqtisadi inkişafına yardım Layihəsi” üzrə missiyası Bakıya gəlib. Bu barədə “APA-Economics”ə DB-nin Azərbaycandakı daimi nümayəndəliyindən məlumat verilib.
Xanım Elen Hamiltonun rəhbərlik etdiyi missiya Bakıda mayın 5-dək olacaq. Bankın nümayəndə heyəti Azərbaycan hökuməti ilə “Məcburi köçkünlərin iqtisadi inkişafına yardım Layihəsi”nin icra vəziyyətini müzakirə edəcək.
Xatırladaq ki, layihə 2005-ci ildə təsdiq olunub və icrası 2009-cu ilin sonunda başa çatacaq. Layihə iki komponentdən ibarətdir - məcburi köçkünlərə mikrokreditlərin verilməsi; icmaların inkişafı ilə bağlı mikrolayihələrin maliyyələşdirilməsi.
Qeyd edək ki, layihənin ümumi dəyəri 12,6 mln. ABŞ dolları təşkil edir. Bunun 11,5 mln. dolları DB qrupunun üzvü olan Beynəlxalq İnkişaf Assosiasiyasının (IDA) güzəştli şərtləri ilə ayırdığı kreditlərin payına düşür. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR