Bank Of Baku

İsrailli professor Roman Barak erməni gülləsindən əlil olan serjant Azər Nağıyevi ölkəsinə apararaq müalicə edəcək

İsrailli professor Roman Barak erməni gülləsindən əlil olan serjant Azər Nağıyevi ölkəsinə apararaq müalicə edəcək
# 24 aprel 2007 12:42 (UTC +04:00)
İsrailin Hayfa şəhərində yerləşən “Xorev” Tibb Mərkəzinin direktoru Roman Barak Bakıda Tovuz rayon Əlibəyli kəndinin sakini, milis serjantı Azər Nağıyevi müayinə edib. 2004-cü ildə erməni atəşi altında olan iki uşağı xilas edən zaman güllə yarası alaraq əlil qalmış A. Nağıyevi müayinə edən professor Barak bildirib ki, yaxın günlərdə xəstə İsrailə aparılacaq. Orada nevrologiya, ortopediya, neyrocərrahiyyə və reabilitasiya konsiliumu keçiriləcək və xəstə müasir tibbin bugünkü imkanlarına uyğun olaraq müalicə və reabilitasiya olunacaq. Həkim əlavə edib ki, bu gün İsrailin müstəqillik günü olduğu üçün, o uşaqları xilas etmək naminə həyatını qurban vermiş Azər Nağıyevi klinikanın vəsaiti hesabına müalicə etmək qərarı verib. APA-nın “sizin praktikanızda Qarabağ müharibəsi iştirakçısının müalicə etmək halı olubmu?” sualını cavablandıran professor Barak bildirib ki, Qarabağ müharibəsində gözündən zədə almış cüdo üzrə paraolimpiya çempionu Elxan Zakiyevə onun klinikasında böyük yardım edilib. Həmin müalicədən 2 sonra Elxanın toyu olub və həmin toyda Roman Barak ilə yanaşı İsrailin baş oftalmoloqu da iştirak ediblər. Qeyd edək ki, Roman Barak Bakıya İsrailin Azərbaycandakı səfiri Artur Lenkin dəvəti ilə gəlib. Səfir Milli Məclisin deputatı Qənirə Paşayevanın dəvəti ilə Tovuz rayonda olarkən sərhəd Əlibəyli kəndində olub, şəhid və əlil ailələri ilə görüşüb. Millət vəkili Qənirə Paşayevin xahişini nəzərə alan səfir Azər Nağıyevin müayinəsi üçün İsraildən həkim çağırıb. Müayinə prosesində iştirak edən Qənirə Paşayeva bildirib ki, bu gün verilmiş qərar bizim xalqlarımız arasında insani münasibətlərin təzahürüdür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR