Bank Of Baku

Müəllif Hüquqları Agentliyi piratçılığa qarşı mübarizəni gücləndirib

Müəllif Hüquqları Agentliyi piratçılığa qarşı mübarizəni gücləndirib
# 24 aprel 2007 13:39 (UTC +04:00)
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi müəlliflik hüququ və əlaqəli hüquqların pozulması halları, həmçinin piratçılığa qarşı mübarizə tədbirlərini gücləndirib. Agentlikdən APA-ya verilən məlumata görə, əqli mülkiyyət bazarında müntəzəm olaraq monitorinq keçirilməsi üçün xüsusi qrup yaradılıb. Qrupun üzvləri cari ilin fevral ayından Bakı şəhərində fəaliyyət göstərən bəzi topdansatış və pərakəndə satış obyektlərində audio-video məhsullarının istehsalı, satışı və idxalı sahəsində müəllif-hüquq qanunvericiliyinə riayət edilməsi məsələsini öyrənmək məqsədilə monitorinq keçiriblər. Monitorinqlər zamanı pirat və pirat olduğu ehtimal edilən böyük miqdarda audio-video kasetlər, kompakt disklər, VCD, DVD-lər müayinə üçün götürülərək agentlikdə müəllif-hüquq qanunvericiliyi baxımından ekspertizadan keçirilib. Məlum olub ki, hazırda bazarda audio-video məhsulların böyük əksəriyyəti müəlliflik hüququ və əlaqəli hüquqların pozulması ilə istehsal olunur və yayılır. Belə məhsulların “Səbuhi”, “Melodiya” və “Nurlu Sabah” səsyazma studiyalarına məxsus satış mərkəzlərində, eləcə də “Sədərək” ticarət yarmarkasında və 8 km-də yerləşən topdansatış məntəqələrində satıldığı aşkar edilib. Bəzi səsyazma studiyalarında xarici ölkələrdə (ABŞ, Hindistan, Rusiya, Türkiyə, ərəb ölkələri və s.) istehsal olunan audiovizual əsərlərin lisenziyasız nüsxələri çoxaldılaraq satılır. Nəticədə müəlliflərin əmlak hüquqları ciddi şəkildə pozulur. Monitorinqin nəticələrinə dair materiallar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Məsələ ilə bağlı cinayət işi qaldırılıb və hazırda istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR