Bank Of Baku

2006-cı ildə Azərbaycanda baş verən yol qəzaları nəticəsində 1.027 ölüb

2006-cı ildə Azərbaycanda baş verən yol qəzaları nəticəsində 1.027 ölüb
# 24 aprel 2007 15:27 (UTC +04:00)
Aprelin 23-dən 26-dək BMT-nin Birinci Qlobal Yol Təhlükəsizliyi Həftəsi keçiriləcək. APA-nın məlumatına görə, bu münasibətlə Bakıda tədbir keçirilib. Tədbirdə çıxış edən BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimovic deyib ki, hər altı saniyədən bir dünyanın yollarında baş verən qəzalarda bir nəfər həlak olur və ya xəsarət alır. Yol nəqliyyat qəzaları hər il 1,2 milyon insanın həlak olmasına 50 milyon insanın xəsarət almasına və ya əlil olmasına səbəb olur. 2020-ci ilə qədər aşağı və orta gəlirli ölkələrdə yol nəqliyyat hadisələri nəticəsində ölüm hallarının sayı 80 faiz artacağı proqnozlaşdırılır. E. Selimoviçin sözlərinə görə, yollarda ölüm, xəsarət və əlillik riskinə məruz qalan başlıca qrup məhz gənclər olduğundan ilk dəfə keçirilən bu həftə “Gənclər və yol hərəkəti” mövzusuna həsr olunub: “Yol nəqliyyat qəzaları bütün dünyada 10-24 yaşlı insanlar arasında ölüm hallarının başlıca səbəbi olmaqla, 5-29 yaşlı gənclərin ölüm səbəbləri arasında ikinci, 30-44 yaşlı insanların ölüm səbəbləri arasında isə üçüncü yeri tutur”. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisinin şöbə müdiri Ərəstun Məcidov isə deyib ki, Ukrayna, Gürcüstan və Rusiya ilə müqayisədə Azərbaycanda yol nəqliyyat hadisələrindən ölən və xəsarət alanların sayı azdır. Onun sözlərinə görə, 2004-cü ildə 2388 yol nəqliyyat hadisəsində 811 nəfər ölüb ki, onların da 53 faizi gənclərdir. 2006-cı ildə isə 3197 yol qəzasında 1.027 nəfər ölüb. Ötən il Azərbaycanda yol qəzasında dünyasının dəyişənlərin 55 faizini gənclər təşkil edir. Bundan başqa 2006-cı ildə yol qəzalarında 109 uşaq ölüb. Ölən uşaqların 65 faizi maşınların təkəri altında qalaraq dünyasını dəyişib. Bu ilin 3 ayında isə yol qəzaları 16 uşağın ölümünə səbəb olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR