Bank Of Baku

Dünya Bankının missiyası Sabirabadın Qalaqayın çadır şəhərciyində olub

Dünya Bankının missiyası Sabirabadın Qalaqayın çadır şəhərciyində olub
# 25 aprel 2007 10:37 (UTC +04:00)
Dünya Bankının “Məcburi köçkünlərin iqtisadi inkişafına yardım Layihəsi” üzrə missiyasının rəhbəri xanım Elen Hamilton Sabirabadın Qalaqayın çadır şəhərciyində olub. Sabirabad rayon İcra Hakimiyyətinin ictimai əlaqələr şöbəsinin müdiri İlham Əsgərovun APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, qaçqınların bu ilin sonuna kimi Dünya Bankının maliyyə vəsaiti hesabına köçürülməsi planlaşdırılır. Bu məqsədlə bu gün E.Hamiltonun başçılıq etdiyi nümayəndə heyəti qaçqınların yaşayış şəraiti ilə tanış olub. Sonra isə qonaqlar İmişli və Biləsuvar rayonlarına yola düşüblər.
Qeyd edək ki, Dünya Bankının şəhərsalma üzrə mütəxəssisi xanım E.Hamiltonun rəhbərlik etdiyi missiya Bakıya aprelin 23-də gəlib və səfər mayın 5-də başa çatacaq. Bankın nümayəndə heyəti Azərbaycan hökuməti ilə “Məcburi köçkünlərin iqtisadi inkişafına yardım Layihəsi”nin icra vəziyyətini müzakirə edəcək. Bu layihə 2005-ci ildə təsdiq olunub və onun icrası 2009-cu ilin sonunda başa çatacaq. Layihə 2 komponentdən ibarətdir - məcburi köçkünlərə mikrokreditlərin verilməsi; icmaların inkişafı ilə bağlı mikrolayihələrin maliyyələşdirilməsi.
Qeyd edək ki, layihənin ümumi dəyəri 12,6 mln. ABŞ dolları təşkil edir. Bunun 11,5 mln. dolları Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) tərəfindən güzəştli şərtlərlə ayrılan kredit təşkil edir. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR