Bank Of Baku

Ünvanlı sosial yardımların alınması üçün 5 sənəd tələb olunacaq

Ünvanlı sosial yardımların alınması üçün 5 sənəd tələb olunacaq
# 25 aprel 2007 12:42 (UTC +04:00)
“Araşdırmalar göstərir ki, kütləvi xarakter almasa da, ünvanlı sosial yardımların verilməsində neqativ hallar baş verir. Bu hallara qarşı mübarizə aparırıq. Qanunsuzluğa yol verən yüksək səviyyəli məmurlar işdən azad olunub”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib. Nazir bildirib ki, əhalini ən çox narahat edən məsələlərdən biri ünvanlı sosial yardımların alınması üçün çoxlu sayda sənədin tələb olunması idi. Yeni qaydalara uyğun olaraq bunun üçün artıq 5 sənəd tələb olunacaq. Yardımların verilmə şərtlərində də dəyişikliklər ediləcək. Ailələrin avtomobil, mal-qara sahibi olması ilə bağlı şərtlərdə böyük yumşalmaların olacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR