Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi Sumqayıt, Mingəçevir, Gəncədəki tikinti şirkətlərində reydlər keçirəcək

Dövlət Əmək Müfəttişliyi Sumqayıt, Mingəçevir, Gəncədəki tikinti şirkətlərində reydlər keçirəcək
# 25 aprel 2007 12:57 (UTC +04:00)
Aprelin 28-dən sonra Dövlət Əmək Müfəttişliyi Sumqayıt, Mingəçevir, Gəncədə fəaliyyət göstərən tikinti şirkətlərində reydlərə başlayacaq. Müfəttişliyin rəisi Nəbi Şükürlü “APA-Economcs”ə bildirib ki, geniş araşdırmalara başlamamışdan əvvəl həmin şirkətlərin fəaliyyətinə ilkin baxış keçirəcəklər: “Tikintinin vəziyyətini öyrənmək üçün yoxlamalarımız əvvəlcə reyd xarakteri daşıyacaq. Daha sonra isə orada araşdırmalara başlayacayıq”. N. Şükürlü bildirib ki, artıq Bakıdakı 33 tikinti şirkətində reydlər aparıblar: “Bu reydlər də əsaslı araşdırmalar deyil, vəziyyətə ilkin baxışdır. Bu reydlərin nəticəsi olaraq, biz gələcəkdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi ilə birgə geniş araşdırmalara aparacağıq. Həmin araşdırmalar artıq 1 saatın görüntüsü olmayacaq. Hər bir müəssisədə günlərlə, həftələrlə araşdırmalar aparılacaq. Həmin müəssisələrdə əmək müqavilələri, məzuniyyətlərin verilməsi, gecə növbəsində işləyənlərə əmək haqqının hansı formada verilməsi ilə bağlı vəziyyəti, əmək təhlükəsizliyi şəraiti öyrəniləcək”. N. Şükürlünün sözlərinə görə, DƏM-in bu araşdırmaları aparmasında əsas məqsədi kimisə cəzalandırmaq və cərimələmək deyil: “Məqsədimiz odur ki, işəgötürənlər işçilərinin əməyinə hörmətlə yanaşsınlar. Verilən göstərişləri yerinə yetirməyən müəssisələrə qarşı isə müəyyən tədbirlər görüləcək”. /APA-Economcs/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR