Bank Of Baku

“Azərbaycanda gender mədəniyyəti” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək

“Azərbaycanda gender mədəniyyəti” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək
# 26 aprel 2007 08:11 (UTC +04:00)
Aprelin 28-də Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti və Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycanda gender mədəniyyəti” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək. APA-nın xəbərinə görə, Azərbaycan Biznes Mərkəzində keçiriləcək seminarda akademik Maqsud Əliyev, fəlsəfə elmləri doktoru, professor Əli Abbasov “Azərbaycanda gender mədəniyyəti: müasir vəziyyəti və perspektivləri”, professor Fuad Məmmədov “Gender münasibətləri mədəniyyəti cəmiyyətin ruhi mədəniyyəti kontekstində” mövzusunda çıxış edəcəklər. Seminarda dövlət qurumlarının, Milli Elmlər Akademiyasının, ali məktəblərin rəhbərlərinin, Vətəndaş Cəmiyyəti Beynəlxalq Mədəniyyət Forumunun, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin, Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvlərinin iştirakı nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR