Bank Of Baku

UNİCEF Naxçıvanda iki günlük seminar keçirib

UNİCEF Naxçıvanda iki günlük seminar keçirib
# 26 aprel 2007 11:51 (UTC +04:00)
BMT-nin Uşaq Fondu - UNİCEF Azərbaycan hökumətinin xətti ilə Naxçıvanda iki günlük seminar keçirib. APA-nın Naxçıvan bürosunun xəbərinə görə, “Uşaqların dövlət himayəsindən ailə şəraitində böyüməsinə doğru” mövzusunda təşkil olunmuş seminarda uşaqların dövlət himayəsindən çıxarılması, ailə şəraitində böyüməsi məsələlərinə dair əcnəbi ekspertlərin mühazirələri dinlənilib. UNİCEF-in uşaq müdafiəsi proqramının rəhbəri Radoslav Rjehak, İtaliyanın Bolonya Universitetinin nəzdində fəaliyyət göstərən “Educaid” qeyri-hökumət təşkilatının eksperti Alfredo Kamerini və digər ekspertlər uşaqların ailələrə verilməsi ilə bağlı həyata keçiriləcək tədbirlərdən danışıb, bu istiqamətdə layihələrin reallaşdırılması mexanizmlərini iştirakçıların nəzərinə çatdırıblar. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, UNİCEF ölkədə “Uşaqların dövlət himayəsindən ailə şəraitində böyüməsinə doğru” mövzusunda seminarları Azərbaycan hökumətinin müraciəti əsasında keçirir. İndiyədək Bakı, Gəncə, Lənkəran və Şəkidə 10-dan artıq seminar təşkil olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR