Bank Of Baku

Naxçıvanda “Körpələr evi” üçün yeni bina inşa olunur

Naxçıvanda “Körpələr evi” üçün yeni bina inşa olunur
# 26 aprel 2007 12:02 (UTC +04:00)
Naxçıvanda “Körpələr evi” üçün yeni bina inşa olunur. APA-nın Naxçıvan bürosunun məlumatına görə, bununla bağlı şəhər ərazisində 1000 kvadratmetr yer ayrılıb. Tikinti Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinə tapşırılıb. Binanın layihəsi isə Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin layihə-smeta bürosu tərəfindən hazırlanıb. Layihəyə əsasən bina 21 otaqdan ibarət olacaq. İlk mərtəbədə yataq, oyun, geyinmə, mətbəx və yeməkxana yerləşəcək. İkinci mərtəbədə isə həkim, tibb bacısı üçün otaqlar və iclas zalı olacaq. Hazırda əraziyə 30-dək işçi qüvvəsi cəlb olunub. “Körpələr evi”nin cari ildə istifadəyə verilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR