Bank Of Baku

Füzuli Ələkbərov: “Bəzən işəgötürənlər işçilərin öz hüquqlarını bilməməyindən sui-istifadə edir”

Füzuli Ələkbərov: “Bəzən işəgötürənlər işçilərin öz hüquqlarını bilməməyindən sui-istifadə edir”
# 27 aprel 2007 11:20 (UTC +04:00)
Bu gün Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü çərçivəsində “Layiqli əməyi reallığa çevirək: təhlükəsiz və sağlam iş yeri” mövzusunda ümumrespublika seminar müşavirəsi keçirilib. “APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, 2006-cı ildə Azərbaycanda müəssisə və təşkilatlarda 246 bədbəxt hadisə baş verib və nəticədə 81 nəfər dünyasını dəyişib: “Bu dəqiq statistika deyil. Müəyyən sektorlarda əməyin təhlükəsizliyinə diqqət yetirilmir. Biz bununla bağlı müvafiq tədbirlər görəcəyik”. F.Ələkbərovun sözlərinə görə, bəzən işəgötürənlər işçilərin çoxunun öz hüquqlarını bilməməyindən sui-istifadə edir.
Tədbirdə iş yerlərində əməyin təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, “Azərsun Holding” Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal, Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü və digər şəxslər Azərbaycanda əməyin təhlükəsizliyi və bu sahədə görülən işlər barədə çıxış ediblər. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR