Bank Of Baku

Son 5 ildə Azərbaycandakı müəssisə və təşkilatlarda hər il orta hesabla 200-dən artıq bədbəxt hadisə baş verib

Son 5 ildə Azərbaycandakı müəssisə və təşkilatlarda hər il orta hesabla 200-dən artıq bədbəxt hadisə baş verib
# 27 aprel 2007 11:33 (UTC +04:00)
Ötən il ərzində Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələrinin 60%-i Bakı şəhərində yerləşən müəssisə və təşkilatların payına düşüb. “APA-Economics”in bildirdiyinə görə, bu barədə Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Nəbi Şükürlü məlumat verib.
N.Şükürlünün sözlərinə görə, DƏM tərəfindən 2006-cı ildə 1 065 müəssisə, idarə və təşkilatda, o cümlədən, 503 özəl müəssisədə əmək qanunvericiliyinə riayət olunması vəziyyətini öyrənmək məqsədi ilə araşdırmalar aparılıb. Hesabat dövründə müfəttişliyə 2 154 şikayət və ərizə daxil olub, 1 916 məktub əsasında aparılmış araşdırmalar zamanı 1 mln. 741 min manatdan artıq gecikdirilmiş vəsait ödənilib.
N.Şükürlü bildirib ki, son 5 ildə ölkədə hər il orta hesabla 200-dən artıq bədbəxt hadisə baş verib və işə götürənlərə 434 min manatdan artıq ziyan dəyib.
Ötən il isə istehsalatda 246 hadisə baş verib və nəticədə 81 nəfər dünyasını dəyişib. N.Şükürlünün sözlərinə görə, hadisələrin 48%-i sənaye, 22%-i tikintdə, qalanı isə nəqliyyat və digər sektorlarda baş verib. Ötən il tikintidə 31 nəfər, sənayedə isə 30 nəfər həlak olub. Tikintidə ölüm hallarının çox olmasının əsas səbəbləri təhlükəsizlik vasitələrindən istifadə edilməməsi, təhlükəsizlik qaydalarının pozulması, eyvanların, lift şaxtalarının xüsusi qaydada bağlanmaması və s. ilə bağlıdır. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR