Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası: “Şikayətlərin böyük hissəsi işdən qanunsuz azad edilmələrlə bağlıdır”

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası: “Şikayətlərin böyük hissəsi işdən qanunsuz azad edilmələrlə bağlıdır”
# 27 aprel 2007 12:03 (UTC +04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) 2006-cı ildə işəgötürənlər tərəfindən vətəndaşların hüquqlarının pozulması ilə bağlı 145 minə yaxın ərizə və şikayət daxil olub. “APA-Economics”in məlumatına görə, bunu bu gün AHİK-in sədri Səttar Mehbalıyev deyib.
S.Mehbalıyevin sözlərinə görə, ərizə və şikayətlərdən 386-sı əmək haqları və pensiyaların düzgün verilməməsi, böyük hissəsi isə işdən qanunsuz azad edilmələrlə bağlı olub. AHİK-in həyata keçirdiyi tədbirlər nəticəsində 86 nəfər məhkəmə vasitəsi ilə olmaqla, 360 nəfər işə bərpa olunub.
S.Mehbalıyev deyib ki, əmək qanunvericiliyinə riayət olunmasının yerlərdə araşdırılması üçün ictimai əmək müfəttişlərinin işləri gücləndirilməlidir. Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AHİK, işəgötürənlər təşkilatlarının nümayəndələrinin istehsalatlarda birgə reydlər keçirilməsi vacibdir. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR