Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saxta yolla Qarabağ müharibəsi veteranı statusu almış xeyli şəxslər aşkarlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saxta yolla Qarabağ müharibəsi veteranı statusu almış xeyli şəxslər aşkarlayıb
# 27 aprel 2007 12:45 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) apardığı araşdırmalar zamanı xeyli sayda saxta yollarla Qarabağ müharibəsi veteranı statusu almış şəxslər aşkarlanıb. APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib.
F.Ələkbərovun sözlərinə görə, nazirliyin apardığı araşdırmalar yaxın vaxtlarda yekunlaşacaq və nəticələr ictimaiyyətə açıqlanacaq. F.Ələkbərov prezident təqaüdünün verilməsi ilə bağlı şəhid ailələrində də araşdırmalar aparıldığını vurğulayıb. Nazir deyib ki, qanuna əsasən döyüş əməliyyatlarında dünyasını dəyişənlər şəhid statusu almalıdır. Araşdırmalar zamanı məlum olub ki, şəhid statusu alanlar arasında 10 ildən sonra dünyasını dəyişənlər də var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR