Bank Of Baku

Hacıqabulda bələdiyyə üzvləri və ictimaiyyətin iştirakı ilə geniş toplantı keçirilib

Hacıqabulda bələdiyyə üzvləri və ictimaiyyətin iştirakı ilə geniş toplantı keçirilib
# 27 aprel 2007 14:48 (UTC +04:00)
Hacıqabulda rayon bələdiyyəsi üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Şəhər və kəndlərin sosial-iqtisadi inkişafında yerli əhəmiyyətli layihələrin həllində bələdiyyələrin iştirakı” mövzusunda geniş toplantı keçirilib. Hacıqabul rayon İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Əsabir Məmmədovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, rayonun 23 bələdiyyəsinin, Prezident Aparatının məsul işçilərinin və Bələdiyyələr Assosiasiyası rəhbərlərinin qatıldığı iclasda assosiasiyanın başçısı çıxış etdikdən sonra kənd bələdiyyələrinin sədrləri mövzu ətrafında müzakirələrə qatılıblar. Sonra Hacıqabul bələdiyyəsinin yeddi nəfərdən ibarət yeni İdarə Heyəti seçilib. Yeni seçilmiş İdarə Heyəti növbəti iclasında yeni bələdiyyə sədrini seçəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR