Bank Of Baku

Yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasına 244 ədəd yeni avtomobil gətirilib

Yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasına 244 ədəd yeni avtomobil gətirilib
# 27 aprel 2007 16:07 (UTC +04:00)
Yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasına 244 ədəd xarici markalı yeni avtomobil gətirilib. APA-nın Naxçıvan bürosunun xəbərinə görə, MR Dövlət Statistika Komitəsinin məlumatına əsasən birinci rüb ərzində 148 fərdi ev və mənzilin alqı-satqısı prosesi reallaşdırılıb. Komitə alqı-satqı prosesinin intensivləşməsinə səbəb kimi əhalinin pul gəlirlərin artığını göstərilir. 2007-ci ilin ilk üç ayı ərzində əhalinin pul gəlirləri 86 milyon 476 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz çoxdur. Adambaşına düşən pul gəlirləri isə 38% artaraq 277 manat təşkil edib. Naxçıvan MR-nin dövlət büdcəsinin gəlirləri də artıb. Belə ki, birinci rübdə büdcəyə bütün mənbələr hesabına 7 milyon 898 min manat vəsait daxil olub. Bu, 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 743 min manat və ya 90 faiz çoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR