Bank Of Baku

Bu ilin ilk rübündə Cənub bölgəsində 15 QİÇS xəstəsi qeydə alınıb

Bu ilin ilk rübündə Cənub bölgəsində 15 QİÇS xəstəsi qeydə alınıb
# 28 aprel 2007 09:17 (UTC +04:00)
Bu ilin ilk üç ayı ərzində Cənub bölgəsinin rayonlarında 15 QİÇS xəstəsi aşkarlanaraq qeydiyyata götürülüb. Bu barədə APA-nın Cənub bürosuna Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov məlumat verib. Onun sözlərinə görə, bölgədə ilk HİV-ə yoluxma faktı 1999-cı ildə Lənkəranda aşkarlanıb. Həmin vaxtdan isə HİV-ə yoluxma halı sürətlə artmaqda davam edib. Belə ki, 2001-ci ildə bu virusun daşıyıcısı Lənkəranda 26, Masallıda 11 nəfər olduğu halda, 2006-cı ildə HİV-ə yoluxmuş şəxslərin sayı Lənkəranda 83, Masallıda 30, Cəlilabadda 18, Astarada 10, Lerik və Yardımlı rayonlarında müvafiq olaraq 4 nəfər təşkil edib. Bu müddətdə 10 nəfər QİÇS xəstəsi dünyasını dəyişib. Lənkəranda bir ailənin (ərlə arvadın) HİV-ə yoluxması faktı qeydə alınıb.
R. İbişov bildirib ki, bu ilin ilk aylarından vəziyyət daha ciddi xarakter alıb. Aparılan müayinələr nəticəsində təkcə birinci rübdə bölgə üzrə 15 QİÇS xəstəsi aşkarlanıb ki, bunlardan da 11-i Lənkəranın, 2 nəfər isə müvafiq olaraq Astara və Masallının payına düşür. R. İbişovun sözlərinə görə, HİV-ə yoluxmuş xəstələrin xeyli hissəsi narkotik maddələr aludəçiləri və onların ailə üzvləridir: “Əgər əvvəllər HİV-ə əsasən narkomanlar yoluxurdularsa, bu gün HİV xəstələrinin əksər hissəsini xarici ölkələrə, xüsusən Rusiyaya qazan dalınca üz tutan miqrantlar təşkil edir. Bu səbəbdən də xarici ölkələrdə üç aydan çox yaşamış şəxslərin könüllü müayinədən keçmələri vacibdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR