Bank Of Baku

Bu il Naxçıvanda 1746 yeni iş yeri açılıb

Bu il Naxçıvanda 1746 yeni iş yeri açılıb
# 28 aprel 2007 09:34 (UTC +04:00)
Bu ilin ilk rübü ərzində Naxçıvanda 1746 yeni iş yeri açılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, açıqlan iş yerlərinin 1081-i daimidir. Yanvar-mart aylarında açılmış 1746 iş yerindən 281-i yeni işə düşmüş müəssisə və təşkilatlarda, 169-u mövcud müəssisə və təşkilatlarda, 631-i isə fiziki şəxslər tərəfindən yaradılıb. 665 iş yerinin yaradılması isə müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri hesabına mümkün olub. Daimi iş yerlərinin 10 faizi dövlət, 90 faizi isə qeyri-dövlət sektorunda yaradılıb. Qeyd edək ki, 2006-cı ildə Naxçıvan Muxtar Respublikasında 8044, 2003-cü ilin son rübündən indiyədək isə 26 min 558 yeni iş yerləri açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR