Bank Of Baku

Ünvanlı sosial yardımın təyin edilməsi mexanizmində edilən dəyişiklər təsdiqlənib

Ünvanlı sosial yardımın təyin edilməsi mexanizmində edilən dəyişiklər təsdiqlənib
# 28 aprel 2007 12:16 (UTC +04:00)
Nazirlər Kabineti Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2006-cı ilin 2 fevralında təsdiqlədiyi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciətin edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları” və “Ailənin orta aylıq gəlirinin hesablanması qaydaları”na etdiyi dəyişikləri təsdiqləyib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, dəyişiklərə əsasən, ailəni təmsil edən şəxs və “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 9.0.1-ci, 9.0.2-ci, 9.0.3-cü və 9.0.4cü maddələrində göstərilən səbəblərdən ailəni tərk etdikdə, həmin şəxsin payı ailəyə təyin olunmuş sosial yardımın məbləğindən çıxılır. Bu halda sosial yardımın məbləğinə sosial yardım təyin edilmiş müddət çərçivəsində baxılacaq. Başqa səbəbdən ailə üzvlərindən birinin ailəni tərk etməsi və ya ailə üzvlərinin sayının artması ilə əlaqədar (yeni uşağın anadan olması istisna olunmaqla) ailəyə təyin edilmiş sosial yardımın məbləğində dəyişiklik aparılmayacaq. Ailənin tərkibində baş vermiş belə dəyişiklik yalnız ailə sosial yardım üçün təkrar müraciət etdiyi halda nəzərə alınacaq. Ailədə yeni uşaq anadan olduğu halda, həmin ailənin təkrar müraciəti əsasında ailənin sosial yardım hüququna ümumi qaydada yenidən baxılacaq. Ailənin gəlirində baş vermiş dəyişiklik sosial yardımın verilməsinin dayandırılmasına səbəb olduqda, ailəyə sosial yardımın verilməsi dayandırılacaq. Qalan hallarda sosial yardım təyin edilmiş müddət çərçivəsində ailənin gəlirində baş vermiş dəyişiklik təkrar müraciət əsasında ailənin növbəti dəfə sosial yardım hüququna baxılan zaman ümumi qaydada nəzərə alınacaq.
Dəyişiklərə görə, yardım almaq istəyən ailə müraciətdən 6 ay əvvəl mənzil aldıqda və yaxud respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 5 mislindən çox məbləğdə təhsil haqqı ödədikdə və ya alğı-satqı etdikdə həmin ailəyə yardım təyin edilməyəcək. Bundan əlavə, maşınları olan ailələrə, ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi olan ailələrə yardım ödənilməyəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR