Bank Of Baku

Azərbaycan Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyasının “Uyğunluqdan yüksək nəticənin əldə olunmasına doğru” təşəbbüsünə qoşulub

Azərbaycan Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyasının “Uyğunluqdan yüksək nəticənin əldə olunmasına doğru” təşəbbüsünə qoşulub
# 01 may 2007 13:27 (UTC +04:00)
Yaxın vaxtlarda MDB və ona yaxın ölkələrin Əmək Müfəttişləri Assosiasiyası yaradılacaq. Azərbaycan da həmin quruma üzv olmağa hazırlaşır. Bu barədə APA-ya məlumat verən Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü deyib ki, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilk dəfə olaraq, Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyasının “Uyğunluqdan yüksək nəticənin əldə olunmasına doğru” təşəbbüsünə qoşulub. Nazirliyin bu təşəbbüsü bu günlərdə Kanadada “Uyğunluqdan yüksək nəticənin əldə olunmasına doğru” mövzusunda keçirilən beynəlxalq konfransda elan edilib. Konfransda ƏƏSMN əməyin təhlükəsizliyi və sağlamlığı işinin yaxşılaşdırılması istiqamətində Kanadanın Ontario vilayətinin Əmək Nazirliyi ilə işgüzar əlaqələrin qurulmasında maraqlı olduğunu açıqlayıb və bu əməkdaşlığa müsbət cavab alıb. Konfransda qeyd edilib ki, müvafiq hüquqi baza yarandıqda kanadalı ekspertlərin Azərbaycana səfər etmələri də mümkündür. Müzakirələr zamanı Azərbaycan tərəfinə texniki yardımın göstərilməsi imkanlarının araşdırılması və kanadalı ekspertlərin Azərbaycana səfər etmələri məqsədilə Kanada Dövlət İdarəçiliyi İnstitutu (İPAC) və Kanada Beynəlxalq İnkişaf Agentliyi (CİDA) ilə əməkdaşlığın qurulması təklif olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR