Bank Of Baku

Gənclər və İdman Nazirliyi gənclər arasında reklam rolikləri müsabiqəsi keçirir

Gənclər və İdman Nazirliyi gənclər arasında reklam rolikləri müsabiqəsi keçirir
# 01 may 2007 14:14 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası ilə bağlı reklam rolikləri müsabiqəsi keçirir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd narkomanlığın, QİÇS-in, cinayətkarlığın, toksikomaniyanın, alkoqollu içkilərin və tütün məmulatlarının törətdiyi fəsadlar haqqında ictimaiyyətin məlumatlılığının artırılması, nümayiş etdirilən reklam roliklərindən əyani vəsait kimi təbliğat işində istifadə etmək, gəncləri sağlam həyat tərzi seçməyə səsləməkdir. Müsabiqədə 16-35 yaş həddində olan gənclər iştirak edə bilərlər. Müsabiqədə I yerə layiq görülənlər 2500, II yerə layiq görülənlər 1500, III yerə layiq görülənlər 1000 manat mükafatlandırılacaqlar. İştirakçılar işlərini və tələb olunan sənədləri iyunun 15-dək Gənclər və İdman Nazirliyində fəaliyyət göstərən Təşkilat Komitəsinə təqdim etməlidirlər. İyunda müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR