Bank Of Baku

Şahbuz rayonunda mədəniyyət işçilərinin zona müşavirəsi keçirilib

Şahbuz rayonunda mədəniyyət işçilərinin zona müşavirəsi keçirilib
# 02 may 2007 10:25 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda mədəniyyət işçilərinin zona müşavirəsi keçirilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, rayon Mədəniyyət Evində təşkil olunmuş tədbirdə Naxçıvan şəhər, Babək və Şahbuz rayonlarının mədəniyyət işçiləri iştirak edib. Tədbirdə çıxış edən MR mədəniyyət və turizm naziri Sarvan İbrahimov son illər mədəniyyət sahəsində görülən işlərdən danışıb. Bu sahədə mövcud problemlərə də toxunan nazir ötən il Muxtar Respublikanın kəndlərində bir sıra mədəniyyət müəssisələrinin, o cümlədən 9 yeni klub binasının tikilərək istifadə verildiyini, lakin kənd klub və kitabxanalarının fəaliyyətinin qənaətbəxş olmadığını bildirib. Mövcud mədəniyyət müəssisələrində çalışan işçilərin 54 faizinin ixtisas təsili olmadığını diqqətə çatdıran Sarvan İbrahimov mədəniyyət evi və klublarda işə laqeydlik göstərildiyini, yubileylərin, rəsmi bayramların qeyd olunması, yeni ədəbiyyatların təbliği işinin ləng aparıldığını deyib. Nazir bu nöqsanların aradan qaldırılmasının vacibliyini bildirib və bu istiqamətdə bir sıra tapşırıqlar verib. Məruzə ətrafında müxtəlif mədəniyyət müəssisələrinin rəhbərləri çıxış edib, müzakirələr aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR