Bank Of Baku

Sumqayıt və Lüdviqshafen şəhərləri arasında əlaqələrin 30 illiyinə həsr olunmuş konfrans keçiriləcək

Sumqayıt və Lüdviqshafen şəhərləri arasında əlaqələrin 30 illiyinə həsr olunmuş konfrans keçiriləcək
# 02 may 2007 14:36 (UTC +04:00)
Mayın 4-6-da Sumqayıt şəhərində Sumqayıt və Almaniyanın Lüdviqshafen şəhərləri arasında partnyorluq əlaqələrinin 30 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib. Tədbirdə Lüdviqshafen şəhərinin meri, xanım Yeva Louzen də iştirak edəcək. Ümumilikdə yubiley tədbirləri çərçivəsində azərbaycanlı və alman rəssamların əsərlərindən ibarət sərgi, dostluq əlaqələrinə dair fotosərgi nümayiş etdiriləcək, Sumqayıtın xalq çalğı alətləri ansamblının və Almaniyanın məktəblilərdən ibarət caz qrupunun iştirakı ilə konsert proqramı təşkil ediləcək, həmçinin sahibkarlarla görüş keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR