Bank Of Baku

176 saylı orta məktəbdə “Yol nişanları əlifbası bayramı” devizi altında bilik yarışı keçiriləcək

176 saylı orta məktəbdə “Yol nişanları əlifbası bayramı” devizi altında bilik yarışı keçiriləcək
# 02 may 2007 15:22 (UTC +04:00)
Mayın 5-də Bakı şəhərindəki 176 saylı orta məktəbdə “Yol nişanları əlifbası bayramı” devizi altında bilik yarışı keçiriləcək. Bu barədə APA-ya Bakı şəhər Yol Polisi İdarəsinin təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, bilik yarışında şagirdlər yol hərəkəti qaydaları sahəsində mənimsədikləri bilik və bacarıqlarını nümayiş etdirəcəklər. V. Əsədov yarışda fərqlənən şagirdlərin Bakı şəhər Yol Polisi İdarəsi (BŞYPİ) tərəfindən mükafatlandırılacağını bildirib. Tədbirə Azərbaycandakı xarici ölkə səfirliklərinin nümayəndələri də dəvət ediliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR